Putinin seçkidəki vəkilləri bəlli olub
Tarix: 12-12-2023 17:17 | Bölmə: Dünya
Putinin seçkidəki vəkilləri bəlli olub

Vladimir Putinin prezident seçkiləri üçün vəkillərinin siyahısına Mariinski və Bolşoy teatrlarının baş direktoru Valeri Gergiev və müğənni Şaman da daxil olacaq.

Bu barədə RBK agentliyi məlumat yayıb.

Onlardan əlavə, rejissor Nikita Mixalkov, aktyorlar Mixail Boyarski və Sergey Bezrukov, Ermitajın baş direktoru Mixail Piotrovski və bir sıra başqaları ənənəvi olaraq Putinin yanında yer alacaqlar. Siyahının əvvəlki seçkilərdəki siyahı ilə müqayisədə 40% yenilənəcəyi gözlənilir.

Ümumilikdə, qanunla Putin 600-ə qədər vəkil təyin edə bilər. Onların vəzifələrinə Putin üçün təşviqat da daxildir.

Rusiya prezidenti üçün səsvermə 2024-cü il martın 15-dən 17-dək aparılmalıdır. Gennadi Züqanov, Dövlət Dumasının keçmiş deputatı Boris Nadejdin, Donetskdəki rusiyayönlü separatçıların keçmiş hərbi lideri İqor Strelkov (Girkin) və Rjevdən olan jurnalist Yekaterina Duntsova artıq seçkilərdə iştirak etmək niyyətlərini bəyan ediblər(Musavat)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}