20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Macarıstan Ukrayna ilə bağlı şərt irəli sürüb
Tarix: 13-12-2023 12:49 | Bölmə: Dünya
Macarıstan Ukrayna ilə bağlı şərt irəli sürüb

Macarıstan Avropa İttifaqının Ukraynaya 50 milyard avro maliyyə ayırması təklifinə qoyduğu vetonu ləğv etməyə hazırdır. Lakin Budapeşt bunun üçün şərt irəli sürür və nəzərdə tutulan maliyyədən 30 milyard avronun dondurulmamasını tələb edir.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” Macarıstan baş nazirinin siyasi direktoru Balaz Orbanın bəyanatına istinadla bildirib.

Qeyd olunur ki, bu cür təklif Budapeştin razılığına görə yüksək qiymət almaq istədiyini deməyə əsas verir və bu, Avropa İttifaqı ölkələrindən bəzilərinin xoşuna gəlməyə bilər.

B. Orban deyib ki, Avropa İttifaqının Macarıstanı və Ukraynanı maliyyələşdirməsi iki ayrı məsələdir. Lakin Avropa İttifaqı Ukraynaya maliyyənin düzəliş edilmiş büdcəsindən gəldiyini israr edərsə, o zaman iki məsələ bir-birinə bağlı olacaq.

Nəşr qeyd edir ki, Macarıstan hökuməti məhkəmənin müstəqilliyinin gücləndirilməsinə yönəlmiş qanunları qəbul etdikdən sonra Avropa İttifaqından təqribən 10 milyard avro məbləğində maliyyə vəsaiti gözləyir.

Xatırladaq ki, dekabrın 11-də Ukraynadakı macar icmasının nümayəndələri Avropa Şurasına və Macarıstanın baş naziri Viktor Orbana məktub yazaraq, Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasına dəstək vermələrini xahiş ediblər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər