Keniyada daşqın: ölənlərin sayı 170-ə yüksəlib, fövqəladə vəziyyət elan olunub
Tarix: 15-12-2023 15:59 | Bölmə: Dünya
Keniyada daşqın: ölənlərin sayı 170-ə yüksəlib, fövqəladə vəziyyət elan olunub

Keniyada güclü yağışın səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 170-ə çatıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, Keniya Qırmızı Xaç Cəmiyyətindən verilən açıqlamada leysan yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı durmadan artır: "600 min keniyalı evini tərk edib, xeyli itkin düşən var. Hazırda onların axtarışı davam edir".

Keniya rəsmi qurumları leysan yağışların hələ davam edəcəyini açıqlayıb.

Keniyada hökumət daşqın qurbanları üçün 15 milyon dollar büdcə ayırıb, ölkədə fövqəladə vəziyyət elan olunub.

Şərqi Afrika ölkələri arasında Efiopiya, Somali və Tanzaniya da daşqınlardan əziyyət çəkən ölkələr sırasındadır.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}