Ukraynalı deputat sessiya zamanı 3 qumbara partladıb, çoxsaylı yaralı var
Tarix: 15-12-2023 18:43 | Bölmə: Dünya
Ukraynalı deputat sessiya zamanı 3 qumbara partladıb, çoxsaylı yaralı var

Mukaçevo vilayətinin (Transkarpat bölgəsi) Keretskovski kənd sovetində iclas zamanı deputat Sergey Batrin qumbara partladıb. Partlayış nəticəsində 26 nəfər yaralanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, zərərçəkənlərdən altısının vəziyyəti ağırdır, partlayış törədəni isə həkimlər həyata qaytara biliblər.

Reyting.az
xəbər verir ki, fövqəladə vəziyyətdən əvvəl deputat bu ilin büdcə hesabatının elan edilməsini, daha sonra isə 2024-cü ilin maliyyə sənədinin qəbulunu tələb edib.

Ehtimal olunur ki, deputat qumbara partlatmazdan əvvəl büdcə məsələlərinə görə qəzəblənib.

Telegram-da “Zakarpattya 24”-ün məlumatına görə, Batrin həmkarları ilə “müharibə zamanı kənd bələdiyyə sədrinə 50 faiz mükafat və əmək haqqının 100 faizi aylıq mükafatın ayrılmasına” etiraz edib. Jurnalistlərin sözlərinə görə, çox güman ki, bu məsələ deputatı qəzəbləndirib, çünki o, əvvəlcə kənd soveti sədrinin işini qənaətbəxş hesab etmək istəməyib.

“Amma həmkarları onun iddialarını və arqumentlərini qəbul etməyiblər. Həmin şəxs başqa deputatla çıxıb və iki dəqiqədən sonra yerə atdığı üç qumbara ilə zala qayıdıb”, - deyə telekanal bildirir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}