Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro ayıracaq
Tarix: 16-12-2023 00:24 | Bölmə: Dünya
Avropa İttifaqı Ukraynaya 1,5 milyard avro ayıracaq

Yaxın günlərdə Avropa Komissiyası Ukraynaya daha 1,5 milyard avroluq makromaliyyə yardımı köçürəcək.

Reyting.az
UNİAN-a istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Şurasının Brüsseldə keçirilən iki günlük iclasından sonra mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukraynanın maliyyələşdirilməsi üçün gərgin iş aparılır və xüsusən də bu, hər bir tranşın köçürülməsinə aiddir.

Avropa Komissiyasının sədri deyib ki, yaxın günlərdə bu il üçün nəzərdə tutulmuş makro-maliyyə yardımından 1,5 milyard avro Ukraynaya köçürüləcək.

Onun sözlərinə görə, bu vəsait Ukraynaya 2024-cü ilin əvvəlində ehtiyaclarının ödənilməsini maliyyələşdirməyə kömək edəcək.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}