MKİ-nın keçmiş əməkdaşı: “Amerikalı general Ukraynaya kömək edə bilməz”
Tarix: 16-12-2023 09:49 | Bölmə: Dünya
MKİ-nın keçmiş əməkdaşı: “Amerikalı general Ukraynaya kömək edə bilməz”

Heç bir amerikalı general Ukraynaya kömək edə bilməz. Reyting.az xəbər verir ki, bu fikri Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Larri Conson “Judging Freedom” YouTube kanalına müsahibəsində deyib.

O, Ukraynadakı münaqişə ilə bağlı Kiyevə məsləhət verən amerikalıları “Formula 1” sürücülərinə yarış maşını sürməyi öyrədən yerli məktəbdən olan 70 yaşlı sürücü təlimatçısı ilə müqayisə edib.

Conson həmçinin qeyd edib ki, ABŞ generalları İkinci Dünya Müharibəsindən sonra Ukraynadakı kimi münaqişələrdə iştirak etməyiblər.

Xatırladaq ki, bundan əvvəl “New York Times” ABŞ-ın yeni hərbi strategiya hazırlamaq üçün Kiyevə general-leytenant Antonio Aqutonu göndərəcəyini yazmışdı.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}