20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukrayna ordusunun əks-hücumu 2024-cü ilə qalıb - Ekspert
Tarix: 18-12-2023 12:01 | Bölmə: Dünya
Ukrayna ordusunun əks-hücumu 2024-cü ilə qalıb

“Ukrayna indidən hazırlığa başlasa, gələn il daha böyük əks-hücuma keçə bilər”.

Reyting.az
xəbər verir ki, bu fikri hərbi ekspert Mixail Pritula “Espresso” üzərində deyib.

M. Pritula güman edir ki, 2024-cü il üçün əks-hücum əməliyyatı daha yaxşı hazırlanacaq: “Axı biz kəmiyyət göstəricilərini keyfiyyət göstəricilərinə çevirə biləcəyik. Həmçinin, indi çoxlu sayda hərbçilərimiz təlim keçir və xarici texnologiyaları intensiv öyrənirlər”.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin gələcək uğurlarına Rusiyanın cəbhədəki hazırkı fəaliyyəti kömək etməlidir.

“Ruslar texnika və şəxsi heyəti itirməkdə davam edəcək. Yaxın 6 ay ərzində Rusiya Federasiyası xeyli texnika və insan itirəcək. Buna görə də onların problemləri artacaq. Ona görə də Rusiya zəifləyəcək və bizim buna vaxtımız var. Hücum hərəkətləri üçün resurslarımızı gücləndirməliyik. İndi proqnozlaşdırmaq çətindir, lakin bizim 2024-cü ildə uğurlu əks-hücuma hazırlaşmaq vaxtımız var”, - deyə Pritula əlavə edib.

Bu yaxınlarda Amerikanın “The Wall Street Journal” nəşri yazıb ki, uğursuz yay əks-hücumu və Qərb silahlarının yeni təchizatı ilə bağlı problemlər fonunda Ukrayna yalnız 2025-ci ilin yazında yenidən hücuma keçə biləcək.

CNN isə amerikalı və avropalı rəsmilərə istinadla qaranlıq mənzərəni təqdim edib. Onlar deyirlər ki, ABŞ-dan irimiqyaslı silah tədarükü bərpa olunmasa, Ukrayna 2024-cü ilin yayına qədər hərbi məğlubiyyətə uğraya bilər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər