20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Almaniya məcburi hərbi çağırışı bərpa edir
Tarix: 18-12-2023 12:27 | Bölmə: Dünya
Almaniya məcburi hərbi çağırışı bərpa edir

“Almaniyada İsveç nümunəsi olan hərbi xidmətə çağırış sistemi tətbiq edilməlidir. Orada 2017-ci ildən bütün oğlan və qızlar hərbi xidmətə cəlb olunurlar. Onlar hərbi komissiya tərəfindən xidmətə hazır olduqlarını müəyyən etmək üçün yoxlanılır, ancaq kiçik bir hissəsi hərbi xidmətə çağırılır”.

Reyting.az
xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Pistoriusun sözlərinə görə, Almaniyada hərbi xidmət indi tamamilə könüllüdür. Bundan əlavə, 1949-cu il qanununa görə, qadınlar həmişə hərbi xidmətdən azad ediliblər.

Qeyd edək ki, İsveç modeli bu qaydaların dəyişdirilməsini nəzərdə tutacaq. Alman hərbi ekspertləri təşəbbüsü alqışlayırlar və inanırlar ki, bu, Bundesverə daha çox insan cəlb edəcək və kadr böhranını aradan qaldıracaq. Bununla belə, hakim koalisiyaya daxil olan liberal FDP partiyası artıq çağırış edib ki, bu, “vətəndaş azadlıqlarının ciddi şəkildə pozulmasıdır”.

Xatırladaq ki, Almaniyada 2011-ci ildə məcburi hərbi xidmət ləğv edilib. Bu isə Bundesver-ordu üçün kəskin kadr çatışmazlığına səbəb olur.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər