İsrail və HƏMAS atəşkəsə açıqdır
Tarix: 18-12-2023 13:32 | Bölmə: Dünya
İsrail və HƏMAS atəşkəsə açıqdır

İsrail və HƏMAS-ın atəşkəsə açıq olduğu, lakin razılaşmanın necə həyata keçiriləcəyi ilə bağlı fikir ayrılıqlarının davam etdiyi bildirilir.

Reyting.az
xəbər verir ki, bu barədə Misirin iki təhlükəsizlik qaynağına əsaslanan xəbərdə bildirilir.

Qeyd olunur ki, İsrailin Qəzza zolağına hücumlarının 73-ci günü tamam olsa da, Qətər, Misir və ABŞ İsrail ilə HƏMAS arasında atəşkəs üçün səylərini davam etdirirlər.

Misirin adı açıqlanmayan iki təhlükəsizlik qaynağı bildirib ki, sərbəst buraxılacaq məhbusların siyahısının birtərəfli qaydada müəyyən olunması və İsrail qüvvələrinin əvvəlcədən müəyyən edilmiş xətlər arxasından geri çəkilməsi tələb olunur. İsrailin HƏMAS-ın məhbus siyahısı ilə bağlı təsbitini qəbul etdiyini bildirən mənbələr əlavə ediblər ki, İsrail atəşkəsin vaxtını və müddətini təyin etməzdən əvvəl məhbus siyahısını tələb edir. Məlumata görə, İsrail HƏMAS-ın əvvəlcədən müəyyən edilmiş xətlər arxasından geriçəkilmə tələbini qəbul etməyib.

Diplomatik qaynaqlara əsaslanan xəbərdə qeyd olunur ki, İsrailin kəşfiyyat təşkilatı “Mossad”ın rəhbəri David Barnea ilə Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Taninin ötən cümə günü Qətərin paytaxtı Dohada görüşüb. Bildirilir ki, atəşkəs danışıqlarının bərpası və məhbusların azad edilməsi məsələlərinin müzakirə olunduğu görüş müsbət atmosferdə keçib.

Sözügedən görüş Barneanın həftənin əvvəlindəki Doha səfərinin İsrail hökuməti tərəfindən ləğv edilməsindən sonra baş tutub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir

{sape_links}{sape_article}