20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynalı hərbçilər məşhur agentlikdən narazıdır
Tarix: 19-12-2023 09:11 | Bölmə: Dünya
Ukraynalı hərbçilər məşhur agentlikdən narazıdır

“Ukraynanın müdafiə qüvvələri əməliyyatlarını məhdudlaşdırmır, lakin sursat çatışmazlığını aradan qaldırmaq üçün onları yenidən formatlayır”.

Reyting.az
xəbər verir ki, bunu “Tauria” Müdafiə Qüvvələrinin mətbuat katibi polkovnik Aleksandr Ştupun bildirib.

O, əvvəllər “Tavria” əməliyyat-strateji qoşunlar qrupunun (OSGV) komandiri Aleksandr Tarnavskinin şərh etdiyi “Reuters” agentliyinin nəşrini tənqid edib. Ştupunun sözlərinə görə, yüksək başlıq arxasınca gedən jurnalistlər komandirin sözlərini təhrif ediblər.

“Sursat yenidən bölüşdürülür. Sursatın kəmiyyətində azalma var, bu, heç kimə sirr deyil. Amma əməliyyatların tam dayandırılması haqqında danışmaq... Məsələn, “Tavria” yalnız iki əməliyyat keçirir - müdafiə və hücum. Birini dayandırmaq sadəcə mümkün deyil. Bu, bütün hərbi personal üçün aydındır, lakin bütün mülki şəxslər üçün başadüşülən deyil”, - Ştupun bildirib.

Qeyd edək ki, bu gün “Reuters” agentliyi Ukraynaya mərmilərin tədarükündən bəhs edən material paylaşıb. Jurnalistlər OSGV “Tavria” komandiri Aleksandr Tarnavskidən açıqlama alıblar.

“Bu gün əlimizdə olan həcmlər bugünkü ehtiyaclarımız üçün kifayət deyil. Ona görə də biz onları yenidən bölüşdürürük. Qarşımıza qoyduğumuz vəzifələri yenidən planlaşdırır və onları azaldırıq, çünki onları təmin etməliyik”, - Tarnavski bildirib.

Məqalədə komandir “əməliyyatları dayandırmaq” barədə ifadə işlətməyib. Ancaq bu ifadə məqalənin başlığına çıxarılıb və Tarnavskiyə aid edilir. "Ukrayna qoşunları artilleriya çatışmazlığı yaşayır, bəzi əməliyyatları məhdudlaşdırırlar”,- deyə komandirə istinadla yazılıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər