20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Prezident: “Rusiya Moldovada sabitliyi pozmağa çalışacaq”
Tarix: 19-12-2023 14:30 | Bölmə: Dünya
Prezident: “Rusiya Moldovada sabitliyi pozmağa çalışacaq”

Rusiya Federasiyası gələn ilin yazında Moldovada prezident seçkiləri kampaniyasının qızğın çağında ölkədə sabitliyi pozmağa çalışacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Moldova prezidenti Maya Sandu ProTV-də danışıb.

“Biz inanırıq ki, Rusiya Federasiyası burada sabitliyi pozmağa çalışacaq və bu aksiyalar yaza yaxın başlayacaq, onlar burada olan insanlardan istifadə edəcəklər.

Onlar müəyyən taktikaları dəyişə bilərlər, lakin ümumilikdə necə hərəkət edəcəkləri bəllidir”, - Sandu bildirib.

Moldova prezidenti qeyd edib ki, bu kontekstdə yerli seçkilərdən dərs götürmək lazımdır. O, bəzi qurumlarda bu dərsləri təhlil edib və riskləri azaltmaq üçün konkret tədbirlər hazırlandığını söyləyib.

Xatırladaq ki, Moldovada prezident seçkiləri 2024-cü ilin payızında keçirilməlidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər