İsrail humanitar müdaxiləyə hazır olsa da, HƏMAS rədd edir
Tarix: 19-12-2023 19:11 | Bölmə: Dünya
İsrail humanitar müdaxiləyə hazır olsa da, HƏMAS rədd edir

İsrail prezidenti İsaak Hersoq Qəzza zolağındakı əsirlər haqqında danışarkən bildirib ki, ölkəsi əsirlərin azad edilməsi üçün yeni humanitar müdaxiləyə hazırdır.

Reyting.az
xəbər verir ki, prezident İ. Hersoqun məlum bəyanatı Qəzzada yeni atəşkəsə hazır olduqlarının siqnalı kimi anlaşılır.

İsrailin dövlət başçısı deyib ki, Fələstinə daha çox yardım göstərilməlidir: “İsrail girovların azad edilməsi üçün humanitar fasiləyə və ya əlavə yardıma hazırdır. Burada məsuliyyət tamamilə HƏMAS liderlərinin üzərinə düşür”.

Hersoqun məlum bəyanatına HƏMAS-dan reaksiya gəlib: “İsrailin hücumları altında girovların mübadiləsindən imtina edirik. Bununla belə, hücumların dayandırılması üçün hər cür təşəbbüsə açığıq. Sionist təcavüzü qəti şəkildə dayandırılmadıqca, heç bir danışıqlar aparılmayacaq”.

Bu arada husilər də əlləri çatan dəniz sularında hərbi gəmiləri hədəfə alacaqlarını elan ediblər. Adının açıqlanmasını istəməyən yüksək rütbəli bir Husi rəsmisi Qırmızı dənizdəki gərginliyə nəzarət etmək üçün “sıx danışıqların” davam etdiyini söyləyib. Rəsmi deyib ki, fələstinlilərə kömək etməyə çalışırlar. Bölgəyə daxil olan hər bir hərbi gəmini - milliyyətindən asılı olmayaraq - hədəf olaraq qəbul edəcəyik.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}