18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır
Tarix: 20-12-2023 00:53 | Bölmə: Dünya
ABŞ Şimali Koreya ilə danışıqlara hazırdır

ABŞ Şimali Koreya ilə ilkin şərt olmadan danışıqlara hazırdır.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

Con Kirbinin sözlərinə görə, əvvəllər də Şimali Koreya lideri ilə yarımadanın nüvəsizləşdirilməsi barədə ilkin şərt olmadan danışığa başlamağa hazır olduqlarını bildirsələr də, Kim Çen In təklifi qəbul edə bilməyib və ya bunu istəməyib.

Xatırladaq ki, noyabrın sonunda Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Komitəsinin departament rəhbərinin müavini Kim Ye Conq KXDR-in heç vaxt ABŞ-la danışıqlar masasında oturmayacağını bildirib.

Onun sözlərinə görə, suveren dövlətin suverenliyi heç bir halda müzakirə mövzusu ola bilməz, ona görə də Pxenyan bunu Vaşinqtonla heç vaxt müzakirə etməyəcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}