20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynaya təcili hərbi yardımla bağlı dinləmələr 2024-cü ilə qədər təxirə salınıb
Tarix: 20-12-2023 09:30 | Bölmə: Dünya
Ukraynaya təcili hərbi yardımla bağlı dinləmələr 2024-cü ilə qədər təxirə salınıb

ABŞ Konqresinin qanunvericiləri Milad tətilindən əvvəl Ukraynaya təcili yardım paketinin təqdim edilməsi ilə bağlı problemləri müzakirə edə bilməyiblər. Buna əsas səbəb kimi respublikaçılar və demokratlar arasında Meksika miqrasiyası ilə bağlı daxili fikir ayrılıqları göstərilir.

Reyting.az
“Financial Times”a istinadla bildirir ki, daxili fikir ayrılıqlarına görə, hər iki tərəfin müzakirəçiləri dinləmələri 2024-cü ilin yanvarına qədər təxirə salmağa qərar veriblər.

ABŞ Senatındakı Demokratlar Partiyasının lideri Çak Şumer deyib ki, həm demokratlar, həm də respublikaçılar Amerikanın rifahını qoruyan və Qərb dünyasını təhlükəsiz saxlayan qanunvericiliyin qəbulu üçün hələ çox iş görülməli olduqlarını başa düşürlər. Ç. Şumer əlavə edib ki, məqsədləri yanvar ayında işə qayıdan kimi bu məsələləri həll etməkdir.

Bundan əvvəl məlum olub ki, Avropa İttifaqı (Aİ) ölkələrinin 100-dən çox rəsmisi ABŞ Konqresinə Ukraynaya gələcək hərbi yardımı təsdiq etməyi xahiş edən məktub göndərməyi planlaşdırır. Bildirilir ki, müraciəti İtaliya da daxil olmaqla 17 ölkənin rəsmiləri imzalayıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər