20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynaya PUA hücumu olub, ölənlər var
Tarix: 20-12-2023 10:25 | Bölmə: Dünya
Ukraynaya PUA hücumu olub, ölənlər var

Rusiya ordusu bu gecə Ukrayna ərazisinə kamikadze-intiharçı pilotsuz uçan aparatları (PUA) buraxıb. Bu səbəbdən bir çox bölgələrdə hava hücumu xəbərdarlığı elan edilib.

Reyting.az
xəbər verir ki, Rusiya PUA-ları Kiyev vilayətinin hava məkanında da görünüb.

“Hava hücumundan müdafiə qüvvələri hədəflər üzərində işləyir. Hava hücumu siqnalı zamanı sığınacaqlarda və digər təhlükəsiz yerlərdə olun. Məlumat səssizliyini qoruyun - müdafiəçilərimizin işini qeydə almayın və ya onlayn yerləşdirməyin”, - deyə Ukrayna Hava Hücumundan Müdfiə Qüvvələrinin xəbərdarlığında bildirilir.

Kiyevlə yanaşı Xersona da PUA hücumu olub.

“Təəssüf ki, iki qurbanımız var və onlardan biri uşaqdır. Təhlükəsiz yerlərdə qalın! İki divar sizi qoruya bilər”, - açıqlamada qeyd edilib.

Xersonla yanaşı Dnepropetrovsk vilayəti də hücuma məruz qalıb. Hərbi Hava Qüvvələri vilayət sakinlərini sığınacaqlarda qalmağa və müdfiə qüvvələrinə maneə olmamağa çağırıb.

Bundan başqa, rus ordusu sol sahildən Xersonu atəşə tutub. Xerson Polis İdarəsinin rəisi Aleksandr Prokudin bildirib ki, hücum nəticəsində bir uşaq və bir qadın xəsarət alıb. Təhsil müəssisəsinə, evlərə və qarajlara ziyan dəyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər