Rusiya ən son model artilleriya sistemlərini Finlandiya ilə sərhəddə yerləşdirəcək
Tarix: 27-12-2023 15:51 | Bölmə: Dünya
Rusiya ən son model artilleriya sistemlərini Finlandiya ilə sərhəddə yerləşdirəcək

Rusiya yaxın vaxtlarda Finlandiya və Norveçlə həmsərhəd olan Şimal Hərbi Dairəsinə ən son haubitsalarını yerləşdirəcək.

Reyting.az
xəbər verir ki, bunu “Rostec”in rəhbəri Sergey Çemezov deyib.

O, həmçinin bildirib ki, yeni “Koalitsiya-SV” özüyeriyən artilleriya sistemlərinin sınaqları başa çatıb və artıq onların seriyalı istehsalına başlanılıb.

Onun sözlərinə görə, ilk pilot partiya bu ilin sonuna kimi orduya təhvil veriləcək.

“Düşünürəm ki, onlar yaxın gələcəkdə orada (Şimali Hərbi Dairədə) peyda olacaqlar, çünki bu sinifdən olan haubitsalar atəş məsafəsi baxımından Qərb artilleriya modelləri üzərində üstünlüyü təmin etmək üçün lazımdır”,- deyə Çemezov əlavə edib.

Qeyd edək ki, Finlandiya NATO-ya daxil olduqdan sonra Moskva Qərb sərhədlərinə hərbi qüvvələr yığacağı ilə bağlı xəbərdarlıq edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}