20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Səfirlər Rusiyanın Ukraynaya yeni hücumunu pisləyib
Tarix: 29-12-2023 16:35 | Bölmə: Dünya
Səfirlər Rusiyanın Ukraynaya yeni hücumunu pisləyib

Bu gecə Rusiyanın Ukraynaya kütləvi raket hücumu ABŞ-ın Kuyevdəki səfiri Bridget Brinkini 2024-cü ildə Kiyevə maliyyə yardımı göstərilməsi ilə bağlı açıqlama verməyə təhrik edib.

Reyting.az
-ın xəbərinə görə, ABŞ səfiri “X” sosial şəbəkəsində Kiyevə hava hücumu xəbərdarlığının skrinşotunu da paylaşıb.

“Milyonlarla kişi, qadın və uşaq bomba sığınacaqlarındadır, çünki Rusiya bütün ölkəni raket atəşinə tutur. Ukraynanın belə dəhşətdən azad olmaq və mübarizəni davam etdirmək üçün 2024-cü ildə də maliyyəyə ehtiyacı var”, - ABŞ səfiri vurğulayıb.

Eyni zamanda, Böyük Britaniyanın Ukraynadakı səfiri Martin Harris də sosial şəbəkələrdə paylaşım edib: “Yenə də, Rusiyanın bu səhər Ukraynaya qorxaqcasına hücumları... Doğum evi, yaşayış binaları, ticarət mərkəzləri və vağzalların hamısının bayram mövsümündə zədələndiyi bildirilir. Mülki infrastruktura hücum müharibə cinayətidir”.

Bundan əlavə, Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Ukraynaya qarşı doğum evlərinin, məktəblərin və insanların evlərinin dağıdılması ilə nəticələnən qeyri-insani hücumlarını pislədiyini bəyan edib. “Dünya Ukraynanın qələbəsini dəstəkləməli və Moskvanın Ukraynadakı cinayətlərinə görə məsuliyyət daşıması üçün xüsusi tribunala icazə verməlidir”, - bəyanatda deyilir.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya bugünkü kütləvi raket hücumuna sərt reaksiya verib.

Qeyd edək ki, bu gecə Ukrayna hava hücumundan müdafiə qüvvələri 27 “Şahed-136/131” PUA-sı, 87 qanadlı Kh-101/Kh-555/Kh-55 raketini məhv edib.

Ümumilikdə ruslar Ukraynaya qarşı 158 hava hücumu silahından istifadə edib. Ukraynanın kütləvi atəşə tutulması nəticəsində 12 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bilinsə də, axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər