20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Polşada təhlükəli vəziyyət yaranıb
Tarix: 29-12-2023 16:51 | Bölmə: Dünya
Polşada təhlükəli vəziyyət yaranıb

Bu gün səhər saatlarında Ukrayna ərazisindən naməlum obyektin Polşa hava məkanına daxil olması ölkə prezidenti Anjey Dudanın hərbçilərlə təcili iclas keçirməsinə səbəb olub.

Reyting.az
xəbər verir ki, naməlum obyektin Polşanın hava məkanını keçməsi barədə ölkənin silahlı qüvvələrinin komandanlığı məlumat yayıb.

“Səhər saatlarında naməlum hava-desant obyekti Ukrayna ilə sərhəd tərəfdən Polşa Respublikasının hava məkanına daxil olub və sərhədi keçdiyi andan siqnal itənədək ölkənin hava hücumundan müdafiə sisteminin radarları tərəfindən müşahidə edilib”, - deyə məlumatda bildirilir.

Komandanlıq əlavə edib ki, mövcud prosedura uyğun olaraq, silahlı qüvvələrin əməliyyat komandiri mövcud qüvvə və vasitələri səfərbər edib.

Öz növbəsində, Polşa Prezidentinin Ofisi bildirib ki, Anjey Duda bu gün saat 13:00-da Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış, Baş Qərargah rəisi Vislav Kukula və silahlı qüvvələrin komandanlığı ilə görüşüb.

Qeyd edək ki, Polşada əvvəllər də raket qəzası halları qeydə alınıb. Bu daha çox Ukrayna-Rusiya savaşı ilə əlaqəlidir. 2023-cü il aprel ayının sonunda Polşa səlahiyyətliləri Bydgoszcz şəhəri yaxınlığında hava-yer raketinə bənzər obyektin qalıqlarının aşkar edildiyini bildirib. Dağıntıların üzərində rus dilində yazılar aşkar edilib və sonradan müəyyən edilib ki, bunlar Rusiyaya məxsus “X-55” raketinin hissələridir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər