14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Bayden oğluna görə yenidən prezident seçilə bilməyəcək
Tarix: 29-12-2023 16:59 | Bölmə: Dünya
Bayden oğluna görə yenidən prezident seçilə bilməyəcək

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden hazırkı dövlət başçısının 2024-cü ildə ikinci müddətə yenidən seçilməsinə ciddi maneəyə çevrilib.

Reyting.az
xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” qəzeti yazıb.

2024-cü ilin 11 yanvar tarixində Hunter Baydenin 1,4 milyon dollar vergidən yayınma işi ilə bağlı Kaliforniya ştatının federal dairə məhkəməsində çıxış etməsi planlaşdırılır.

Ağ evin mətbuat katibi Karine Jean-Pierre bildirib ki, ABŞ prezidenti Co Bayden, oğlunun təqsiri sübuta yetirilərsə, onu əfv etmək niyyətində olmayacaq.

Qeyd edək ki, Co Bayden yaşının imkan verməməsinə baxmayaraq yenidən ABŞ prezidenti seçilmək niyyətindədir. Amma oğlunun korrupsiya və qeyri-taraz davranışları ona ciddi problerm yaradır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}