Yeni prezident 5 ölkənin liderinə məktub göndərib
Tarix: 30-12-2023 09:32 | Bölmə: Dünya
Yeni prezident 5 ölkənin liderinə məktub göndərib

Argentina prezidenti Xavyer Miley BRİKS üzvü olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın liderlərinə məktub göndərərək, əvvəlki hökumətin qəbul etdiyi qərarların nəzərdən keçirildiyini bildirib.

Reyting.az
xəbər verir ki, Argentinanın BRİKS-ə qoşulma planları yeni prezident Xavyer Miley tərəfindən dayandırılıb.

Hökumətinin xarici siyasətinin əvvəlki hökumətdən fərqli olduğunu vurğulayan Miley məktubunda Argentinanın tamhüquqlu üzv olmasını “uyğun” hesab etməsə də, xüsusilə ticarət dövriyyəsini artırmaq üçün ikitərəfli əlaqələri gücləndirmək əzmində olduğunu bildirib.

Qeyd edək ki, gələn ay BRİKS-ə qoşulmağa hazırlaşan Misir, İran, Efiopiya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə Argentina da qrupa qəbul ediləcəkdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}