20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukrayna yenidən hava hücumuna məruz qalıb
Tarix: 30-12-2023 09:43 | Bölmə: Dünya
Ukrayna yenidən hava hücumuna məruz qalıb

Bu gecə Ukrayna yenidən Rusiyanın hücumuna məruz qalıb, bir sıra regionların sakinlərinə pilotsuz uçuş aparatlarından hücum təhlükəsi barədə xəbərdarlıq edilib.

Reyting.az
-ın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı bildirib ki, hərbçilər Nikolayev vilayətində “Şahed” tipli pilotsuz uçuş aparatları aşkar ediblər, onlar Odessaya doğru irəliləyirlər. Daha sonra onlar bu iki rayonun sərhədində müşahidə olunub, PUA-ların şimal-qərb istiqamətində uçduğu müəyyən edilib.

Daha sonra rus dronları Vinnitsa istiqamətində hərəkət edib. Həmçinin Poltava, Xarkov və Dnepropetrovsk vilayətləri üçün ballistik silahlardan istifadə təhlükəsi elan edilib. Xmelnitski vilayətində isə partlayış səsləri eşidilib.

Xerson Regional Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, Xerson Rusiya ordusu tərəfindən atəşə tutulub. O, insanları təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Poltava, Xarkov, Kirovoqrad, Dnepropetrovsk, Nikolayev, Xerson və Odessa vilayətlərində həyəcan siqnalı verilib. Xarkov şəhərinə isə raketlər atılıb. Şəhər qarnizonunun rəisi Sergey Melnik özünün “General Marsel” Telegram kanalında səmada raket aşkarlandığını bildirib. Daha sonra o qeyd edib ki, Xarkov vilayəti üzərində hava məkanında artıq raket yoxdur, lakin yeni raket hücumları təhlükəsi qalmaqdadır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər