14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İsrail İordan çayının qərb sahilində və Şərqi Qüdsdə həbsləri davam etdirir
Tarix: 30-12-2023 15:12 | Bölmə: Dünya
İsrail İordan çayının qərb sahilində və Şərqi Qüdsdə həbsləri davam etdirir

İsrail İordan çayının qərb sahilində və Şərqi Qüdsdə həbsləri davam etdirir.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bununla bağlı Fələstin Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına bağlı Fələstin Əsirlər İşləri Komitəsi tərəfindən birgə gündəlik məlumat paylaşılıb.

Məlumatda qeyd olunur ki, bu gün İsrail İordan çayının qərb sahilində və Şərqi Qüdsdə onlarla evə basqın edib. Nəticədə daha 14 fələstinli qanunsuz olaraq saxlanılıb. Bununla da oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayı 4860-a yüksəlib.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}