20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rəsmi Kiyev: "Rusiya ilə heç bir danışıqlar olmayacaq"
Tarix: 30-12-2023 16:16 | Bölmə: Dünya
Rəsmi Kiyev: "Rusiya ilə heç bir danışıqlar olmayacaq"

Rusiya ilə heç bir danışıqlar olmayacaq.

UNIAN xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, Moskva ilə danışıqlardan söhbət gedə bilməz.

M.Podolyak əmindir ki, Avropa İttifaqı Ukraynaya yardımı davam etdirəcək: “Artıq bəzi liderlərin davranışında və Ukraynaya münasibətdə böyük transformasiya baş verib”(Repot).

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər