14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Belqorodun mərkəzi atəşə tutulub, 14 nəfər ölüb, 108 yaralı var - Yenilənib
Tarix: 30-12-2023 18:11 | Bölmə: Dünya
Belqorodun mərkəzi atəşə tutulub, 14 nəfər ölüb, 108 yaralı var

Ukrayna Silahlı Qüvvələri Belqorodun mərkəzini atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Onun sözlərinə görə, atəş nəticəsində iki uşaq həyatını itirib, xəsarət alanlar var.

Qladkov deyib ki, Ukrayna tərəfi Valuyski rayonunun Urazovo kəndini də atəşə tutub.

Rusiya Fövqəladə Hallar Nazirliyi isə 10 nəfərin öldüyünü, 45 nəfərin yaralandığını bildirib.

***

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Belqorodu kasetli raketlərlə vurduğunu bildirib.

Məlumata görə, atışma nəticəsində ikisi uşaq olmaqla 14 nəfər həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd olunur ki, 15-i uşaq olmaqla 108 nəfər xəsarət alıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}