14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Zaxarova Podolyakın ittihamlarına cavab verib
Tarix: 30-12-2023 19:30 | Bölmə: Dünya
Zaxarova Podolyakın ittihamlarına cavab verib

Kiyev Moskva ilə sülh danışıqları aparmağı planlaşdırmır və “ona ultimatum vermək” niyyətindədir.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Mixail Podolyakın dediklərini şərh edib.

"Rusiya heç vaxt ultimatumlara və ya şantajlara boyun əyməyib",- deyən Zaxarova Telegram kanalında yazıb ki, Ukrayna rəhbərliyi bu yolla "öz əhalisini zombiləşdirməyə", sonra isə səngərlərə sürükləməyə çalışır.

Zaxarovanın sözlərinə görə, Rusiya ölkəni və ya onun xalqını məhv etməyə çalışan hər kəsə “insanlıqdan məhrumetmə resepti” yazıb.

Onu da qeyd edək ki, Podolyak əvvəllər dəfələrlə Ukrayna hakimiyyətinin atəşkəslə razılaşmadığını bəyan edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}