20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya Ukraynaya yenidən PUA-larla hücum edib
Tarix: 31-12-2023 15:39 | Bölmə: Dünya
Rusiya Ukraynaya yenidən PUA-larla hücum edib

Bu gecə Rusiya Ukrayna ərazisinə “Şahed” kamikadze pilotsuz uçan aparatları (PUA) buraxıb. Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.

Reyting.az
xəbər verir ki, ilk olaraq Ukrayna ordusu Ternopil bölgəsində Rusiyaya məxsus PUA-lar gördüyünü elan edib.

Daha sonra Kiyev vilayətində həyacan təbili çalınıb. Məlum olub ki, Rusiyanın PUA-ları Vinnitsa vilayətinin ərazisindən qərb istiqamətdə (Kalinovka) hərəkət edir.

Rusiyanın PUA-larının daha bir qrupu Qara dənizdə peyda olaraq Odessa istiqamətində hücum həyata keçirib.

“Hava hücumundan müdafiə qüvvələri hədəflər üzərində işləyir. Hava hücumu başa çatana qədər sığınacaqlarda qalın. Öz təhlükəsizliyinizin qeydinə qalın. İnformasiya sükutunu qoruyun”,-Ukrayna Həırbi Hava Qüvvələrinin xalqa müraciətində deyilir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər