20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Çexiya BMT TŞ-nın fövqəladə iclasında iştirakdan imtina edib
Tarix: 31-12-2023 16:06 | Bölmə: Dünya
Çexiya BMT TŞ-nın fövqəladə iclasında iştirakdan imtina edib

Ukraynanın hücumu nəticəsində Belqorodda mülki əhalinin öldürülməsi səbəbindən Rusiyanın çağırdığı BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclasında Çexiya iştirak etməyəcək.

Reyting.az
-ın xəbərinə görə, Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib ki, Çexiya Təhlükəsizlik Şurasının iclasında iştirakdan imtina edib və təcavüzkarın zəhərli yalanlarla təbliğatına xidmət göstərmək istəmir.

“Biz Rusiya tərəfindən çağırılmaqdan imtina edirik. Çexiya zəhərli yalanlarla təcavüzkarın təbliğatına xidmət etməyəcək. Rusiya Təhlükəsizlik Şurasında işğalçı qüvvələrinin Ukraynadan çıxarılmasını müzakirə etmək istəyəndə biz məmnuniyyətlə gələcəyik”, - deyə Lipavski əlavə edib.

Qeyd edək ki, dünən Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Belqorod şəhərindəki hərbi hədəflərə raket zərbəsi endirib. Bu, Rusiyanın Ukrayna şəhərlərinə kütləvi raket hücumuna birinci mərhələdə cavab addımı kimi atılıb.

Ukrayna mediası isə elan edib ki, Belqorodun mülki infrastrukturunun dağıdılması Rusiya hava hücumundan müdafiə qüvvələrinin səmərəsiz işinin nəticəsidir. Media xüsusi xidmət orqanlarındakı mənbəyə istinadla yazır ki, məhz Rusiya hava hücumundan müdafiə qüvvələrinin “qeyri-peşəkar hərəkətləri və planlaşdırılan təxribatı” nəticəsində şəhərin mərkəzinə raket qalıqları düşüb.

Onu da qeyd edək ki, Rusiya Çexiyanı Ukrayna tərəfindən bu ölkədən gələn sursatdan istifadədə ittiham edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər