18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ruslar quru qoşunların hücumunu dayandırıb, hava hücumlarını gücləndirir - General
Tarix: 03-01-2024 23:36 | Bölmə: Dünya
Ruslar quru qoşunların hücumunu dayandırıb, hava hücumlarını gücləndirir

Rusiya qoşunları piyadaların hücumlarının sayını bir qədər azaldıb, lakin artıq ikinci gündür ki, onlar fəal şəkildə hava hücumları həyata keçirir və Ukraynanın mövqelərini artilleriyadan atəşə tuturlar.

Reyting.az
xəbər verir ki, bunu “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski bildirib.

“Düşmən ən çox Avdeyevka yaxınlığında və Marinski istiqamətində fəallaşıb. Ümumilikdə, son 24 saat ərzində düşmən 25 hava hücumu həyata keçirib, 25 hərbi toqquşma baş verib və 937 artilleriya atəşi həyata keçirib”, - general qeyd edib.

Generalın sözlərinə görə, yanvarın 2-də Rusiyanın bu istiqamətdə itkiləri 386 nəfər və 40 hərbi texnika təşkil edib: “O cümlədən, 3 zirehli döyüş maşını, 6 artilleriya sistemi, 14 PUA, 9 maşın və 5 xüsusi texnika. Bundan başqa, bir sursat anbarı məhv edilib və 4 rus hərbçisi təslim olub”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}