18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
İrana bağlı qüvvələrin iki komandiri öldürülüb
Tarix: 04-01-2024 17:13 | Bölmə: Dünya
İrana bağlı qüvvələrin iki komandiri öldürülüb

ABŞ ordusunun pilotsuz təyyarə ilə hücumu nəticəsində İraqın paytaxtı Bağdada iki Həşdi Şabi komandiri həlak olub.

Reyting.az
xəbər verir ki, bu məlumatı AFR xəbər agentliyi yayıb.

İraq rəsmilər hücumun ABŞ tərəfindən törədildiyini bildirib.

Digər tərəfdən, İraq rəsmiləri hücumun İran milis qüvvələrinin qərargahını hədəf aldığını iddia etsə də, müstəqil mənbələr bu iddianı təsdiqləməyib.

Qeyd edək ki, son günlər İran adından vəkalət savaşı aparan qanunsuz silahlı birləşmə və qrupların rəhbərlərinə hücumlar və sui-qəsdlər həyata keçirilir. Ötən həftə İsrailin Dəməşqə hücumu zamanı Suriyada olan İrana bağlı qüvvələrin başında duran yüksək çinli iranlı zabit öldürülüb. Bunun ardınca Beyrutda HƏMAS-ın yüksək səviyyəli liderlərindən biri zərərləşdirilib. İndi isə İraqda Həşdi Şabi qüvvələrinin komandirləri öldürülüb.

Onu da qeyd edək ki, İraqdakı Həşdi Şabi qüvvələrinin sayı 100 minə yaxındır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}