20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ukraynanın əsas hücumu Krıma olacaq
Tarix: 05-01-2024 22:38 | Bölmə: Dünya
Ukraynanın əsas hücumu Krıma olacaq

2024-cü ildə Ukraynanın hərbi səylərinin əsas istiqaməti çox güman ki, Krım olacaq, materikdəki cəbhə xətti isə əsasən dəyişməz qalacaq.

Reyting.az
xəbər verir ki, bu barədə “The Economist” Ukrayna prezidenti Vladimir Zelenski ilə müsahibədən sonra yazıb.

“Yarımada Ukraynanın cənubundakı rus qoşunları üçün həyati əhəmiyyətli təchizat yoludur. 2014-cü ildə onun ilhaqı Putin üçün təbliğat zəfəri idi. Ukraynanın Krıma uğurlu hücumları Rusiyanın imkanlarına zərbə vuracaq və Putini utandıracaq”, - nəşr qeyd edib.

Bildirilir ki, indiyədək Ukraynanın Qərbdəki tərəfdarları Zelenskinin bəlağətli bəyanatlarının hərbi və maliyyə dəstəyini üçün kifayət edəcəyini güman edirdilər. Bununla belə, indi ABŞ-ın hərbi yardımının və Avropa İttifaqının maliyyə dəstəyinin dayandırılması fonunda Qərb siyasətçilərinin Qərbin niyə Ukraynaya dəstəyini davam etdirməli olduğunu izah etmək vəzifəsini öz üzərinə götürməsinin vaxtı çatıb.

“The Economist” qeyd edir ki, Ukraynaya Konqresdə ilişib qalmış 61 milyard dollarlıq yardım ABŞ-ın müdafiə büdcəsinin yalnız 6,9 faizini təşkil edir. Aİ-nin Ukraynaya xərcləmələri isə üzv ölkələrin ÜDM-nin cüzi bir hissəsidir. Halbuki, qalib Rusiyanı saxlamağın dəyəri Ukraynanın qələbəsini dəstəkləməkdən qat-qat çox olacaq.

“Qərb liderləri artıq cənab Zelenski ilə söhbəti tərk edə bilməzlər. Onlar Ukraynaya nağd pul göndərmək üçün öz arqumentlərini ortaya qoymalıdırlar. Və bunu indi etməlidirlər”, - deyə nəşr yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər