20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Krıma hücum: hərbi aerodrom vurulub
Tarix: 06-01-2024 12:10 | Bölmə: Dünya
Krıma hücum: hərbi aerodrom vurulub

Krımda yerləşən Novofedorivkadakı Saki hərbi aerodromu hücuma məruz qalıb.

Reyting.az
xəbər verir ki, bu barədə müxtəlif Teleqram kanalları məlumat yayıb.

Yerli sakinlər bildiriblər ki, gecə saat 23:45 radələrində müvəqqəti işğal olunmuş Yevpatoriyada və şəhər ətrafında ən azı beş partlayış səsi eşidilib.

Hərbi aerodromun yaxınlığında yerləşən Mixaylovkada fərdi yaşayış evinin üzərinə fraqmentlərin düşdüyü və yanğının baş verdiyini bildirilir.

Krımda baş verən partlayışlara ATEŞ patrizan hərəkatı da münasibət bildirib:

“Nəticəni gözləyirik. Bütün agentlər işləyir”.

Xatırladaq ki, noyabrdan bu yana Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyanın silah-sursat anbarlarını vurur.

Qeyd edək ki, Rusiya təyyarəsinin havaya qalxması ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.

Ukrayna Hərbi Hava Qüvvələri bildirir ki, bütün Ukrayna raket təhlükəsi altındadır və “MiQ-31K”-nın uçuşu qeydə alınıb.

Onu da qeyd edək ki, son günlər Rusiya Ukraynanın müxtəlif şəhərlərində mülki infrastruktura kütləvi şəkildə raket və dron zərbləri endirir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər