20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiyanın Krımdakı mövqelərinə ağır zərbələr vurulur
Tarix: 07-01-2024 09:59 | Bölmə: Dünya
Rusiyanın Krımdakı mövqelərinə ağır zərbələr vurulur

Ukrayna qoşunları Rusiyanın Krımdakı hərbi obyektlərinə hücumları davam etdirir. Artıq Ukrayna tərəfi yarımadada bir neçə hədəfi vurub.

Reyting.az
xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

ISW Rusiya mənbələrinə istinadla yazır ki, Ukrayna yanvarın 5-dən 6-na keçən gecə Krımın işğal altında olan Saki bölgəsindəki Rusiya aerodromunda inzibati binaya 4 “Storm Shadow” qanadlı raketi ilə zərbə endirib.

Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri, general-leytenant Nikolay Oleşçuk Ukraynanın Saki aerodromuna uğurlu zərbənin hədəfini göstərən peyk şəkillərini dərc edib.

Bundan əlavə, Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi (GUR) yanvarın 4-də Rusiyanın Saki aerodromunda radar mövqelərinə və Qrişino yaxınlığındakı avadanlıq anbarına uğurlu zərbə endirdiyini elan edib.

Analitiklər yazır ki, Ukrayna qüvvələri həmçinin Rusiyanın işğal olunmuş Krımda hava hücumundan müdafiə əməliyyatlarının əlaqələndirilməsinə cavabdeh olan Yevpatoriyada hava hücumundan müdafiə radar sisteminə və rabitə mərkəzinə, Pervomayski yaxınlığındakı sursat anbarlarına (Simferopoldan 82 km şimalda) və Sevastopol yaxınlığındakı Rusiya komandanlıq məntəqəsinə zərbələr endirib.

Ukrayna və Rusiya hesabatları göstərir ki, Ukrayna raketləri və pilotsuz təyyarələri işğal olunmuş Krımda Rusiyanın hava hücumundan müdafiə sistemlərinə nüfuz edir və bəzi hədəfləri uğurla vurur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər