18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
"Hizbullah" İsrailin razılaşma tələbini rədd edib - Yeni cəbhə açıla bilər
Tarix: 07-01-2024 10:02 | Bölmə: Dünya
"Hizbullah" İsrailin razılaşma tələbini rədd edib - Yeni cəbhə açıla bilər

İsrail rəsmilərinin "Hizbullah"a sərhəddən geri çəkilməsi müqabilində sülh təklifinə rədd cavabı verilib.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin dövlət televiziyası olan KAN rəsmilərə istinadla məlumat yayıb.

Bildirilib ki, bu cavab bölgədə yeni cəbhənin açılmasını qaçılmaz edir: "Hər an yeni cəbhə açıla və ölkənin şimalı da müharibə meydançasına çevrilə bilər".

Rəsmilər qeyd ediblər ki, "Hizbullah" qüvvələri yaxın günlərdə sərhəddən uzaqlaşmasa, məhdud müharibə başlayacaq: "Bu barədə hələ dekabrda müdafiə naziri Yoav Qalant qarşı tərəfə açıq xəbərdarlıq edib..."

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}