18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Rusiya öldürür, ABŞ isə başsağlığı verməklə kifayətlənir
Tarix: 07-01-2024 15:32 | Bölmə: Dünya
Rusiya öldürür, ABŞ isə başsağlığı verməklə kifayətlənir

Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri Bridcet Brink Rusiyanın Donetsk bölgəsinə raket hücumuna reaksiya verib.

Reyting.az
-ın xəbərinə görə, səfir “X” sosial şəbəkəsində mövqeyini açıqlayıb.

Səfir xatırladıb ki, ötən gecə Rusiyanın Donetsk vilayətində mülki ərazilərə “S-300” raketləri atması nəticəsində 5-i uşaq olmaqla 11 nəfər həlak olub.

“Bu, Rusiyanın Ukraynaya hücumlarının gündəlik reallığının dəhşətli bir xatırlatmasıdır. Ailə üzvlərinə və dostlara başsağlığı veririk”, - Brink yazıb.

Qeyd edək ki, ötən gün Rusiya Donetsk vilayətinə “S-300” raketləri ilə hücum edib. Nəticədə 5-i uşaq olmaqla 11 mülki şəxs həlak olub.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}