20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Rusiya dronları tez-tez Almaniya üzərində peyda olur
Tarix: 07-01-2024 15:45 | Bölmə: Dünya
Rusiya dronları tez-tez Almaniya üzərində peyda olur

Naməlum pilotsuz təyyarələr hər həftə Almaniyada hərbi poliqonların və kazarmaların üzərindən uçsa da, bir ildən artıqdır ki, onların heç biri tutulmayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Məlumata görə, 2022-ci ilin oktyabr ayından etibarən casus dronları meydana çıxıb. Bundesverin ukraynalılara təlim keçdiyi poliqonların üzərində isə onların sayı çoxdur.

“Bundesverin ukraynalılara Leo 1-də təlim keçdiyi Klitz hərbi poliqonunun üzərində mütəmadi olaraq pilotsuz təyyarələr müşahidə olunur. Digər yerlərdə bəzən bir neçə pilotsuz təyyarə eyni vaxtda hava məkanına daxil olur. Bu, açıq şəkildə təşkil olunub və Rusiyaya işarə edir”, - ekspertlərdən biri qeyd edir.

Bildirilir ki, dronlara qarşı radio tıxaclarından istifadə edilsə də, bu, vəziyyəti yaxşılaşdırmır.

“Bundesver də dron hücumlarının arxasında Moskvanın dayandığından şübhələnir, lakin bunu sübut edə bilmir. Çünki o, göydən bir dənə də olsun pilotsuz təyyarəni ələ keçirə bilməyib”,- nəşr yazır.

Qeyd olunur ki, 2023-cü il noyabrın 15-də Bundesver briqada generalı Volfqanq İordaniyanın başçılıq etdiyi pilotsuz uçuş aparatları üzrə xüsusi qrup yaradıb. Ancaq “iki aydan sonra hələ də nəzərəçarpacaq nəticə yoxdur”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər