20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
İsrail ordusu uzun illərdir axtarılan şəxsin fotosunu paylaşıb
Tarix: 07-01-2024 17:26 | Bölmə: Dünya
İsrail ordusu uzun illərdir axtarılan şəxsin fotosunu paylaşıb

“Qonaq” ləqəbli və Əqsa Tufanı əməliyyatının arxasında duran Məhəmməd Deif İsrailin ölüm siyahısında olan əsas şəxslərdəndir.

Reyting.az
xəbər verir ki, İsrail kəşfiyyatının (Mossad) illərdir axtardığı Deifin son fotosu İsrail ordusu (İDF) tərəfindən paylaşılıb.

İDF sözçüsü bu görüntünün ordunun Qəzzada bərpa etdiyi 70 milyon rəqəmsal fayl arasında olduğunu bildirib.
İsrail mətbuatı bunun Deifin ən son fotosu olduğunu iddia etsə də, onun nə vaxt və harada çəkildiyi barədə məlumat verilmir.

Fotoda hər hansı redaktə və ya manipulyasiya edilib-edilmədiyi bəlli deyil. Bununla belə, fotoda diqqəti cəlb edən qəribə bir detal var. Sözügedən görüntüdə əlində bir yığın ABŞ dolları və plastik stəkanda içki tutduğu görünən Deifin yanında başqa bir şəxs də var. Üstəlik, Deifin qolu və ayağı olmadığı iddia edilirdi, ancaq bu fotoda onun heç bir fiziki problemi olmadığı ortaya çıxıb.

Hələ bundan öncə aydın idi ki, Deif İsrail kəşfiyyatına yaxalanmamaq üçün hər gecəni fərqli bir HƏMAS üzvünün evində qalır və bu səbəbdən də ona “Qonaq” ləqəbi verilib.

Xatırladaq ki, İsrail tərəfi Deifi İzzəddin əl-Qəssam Briqadalarının lideri kimi təqdim edir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər