18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Baş naziri təhqir edən nazir müavinləri vəzifədən azad ediliblər
Tarix: 08-01-2024 11:30 | Bölmə: Dünya
Baş naziri təhqir edən nazir müavinləri vəzifədən azad ediliblər

Maldiv prezidenti Mohamed Muizzu Hindistanın baş naziri Narendra Modi haqqında təhqiramiz ifadələr işlətdiklərinə görə üç nazir müavinini vəzifədən kənarlaşdırıb.

Reyting.az
xəbər verir ki, sentyabr ayında Hindistanın kiçik hərbi-dəniz təyyarələri kontingentinin öz arxipelaqından çıxarılmasını ehtiva edən vədlərlə seçkilərdə qalib gələn Muizzu istintaqa qədər nazir müavinlərini vəzifədən uzaqlaşdırıb.

Nazir müavinlərindən biri Məryəm Şiuna baş nazirin Hindistanın Maldiv adalarının şimalındakı atollar qrupu olan Lakşadvip ərazisinə səfərindən sonra Modini “kloun” adlandırıb.

Məlumata görə, vəzifədən azad edilən nazir müavinləri - Malşa Şərif, Abdulla Mahzun və Məryəm Şiuna Gənclər Nazirliyində çalışıblar.

“Maldiv adaları hökuməti sosial media platformalarında xarici liderlərə və nüfuzlu şəxslərə ünvanlanan təhqiramiz ifadələrdən xəbərdardır”, - hökumətin bəyanatında deyilir. Əlavə edilir ki, bu fikirlər şəxsidir və Maldiv hökumətinin mövqeyini əks etdirmir.

Onu da qeyd edək ki, prezident Muizzu işdən çıxarılan məmurlarla bağlı araşdırma aparılmasına göstəriş verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}