20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Moskvada problem: sakinlər və hərbçilər donmaq həddinə çatır
Tarix: 09-01-2024 08:42 | Bölmə: Dünya
Moskvada problem: sakinlər və hərbçilər donmaq həddinə çatır

Moskva vilayətinin bir sıra şəhərlərində istilik sistemləri sıradan çıxıb.

Reyting.az
-ın xəbərinə görə, Rusiyanın VCK-OQPU teleqram kanalı öz mənbələrinə istinadla bildirir ki, problem hətta raket qüvvələrinin strateji komanda məntəqəsinə də çatıb.

“İstilikdə fasilələr Balaşıxa çatıb, yerli hakimiyyət qazanxanalarda qaz qazanlarının dayanmasına səbəb olan elektrik enerjisində fasilələr və artımlardan şikayətlənir. Balaşıxa sakinləri donmağa başlayıblar. Dünən donma növbəsi abad Rublyovkaya, bir neçə yaşayış məntəqəsinə çatıb. Romaşkovo ərazisindəki komplekslər və kəndlər 8 saat işıqsız və istiliksiz qalıb”, - deyə məlumatda qeyd olunur.

Teleqram kanalının məlumatına görə, elit Rublevski istiqamətinin “yüksək və varlı sakinləri” Moskva vilayətinin bütün hakimiyyət orqanlarına zəng edərək istilik təchizatının bərpasına nail olublar. Bu arada bölgədəki hərbi obyektlər istiliksiz qalıb.

“Solneçnoqorskda şəhərin yarısında istilik yoxdur. Vystreldəki hərbi xüsusi təyinatlıların ailələri donur. Timonovo və Solneçnoqorskin 7 bazası donur - bu, komandanlıq məntəqəsinə xidmət edən hərbi şəhərcikdir. Raket Hücum Xəbərdarlığı Sisteminin ekipajı gecə-gündüz növbətçilik edir, erkən xəbərdarlıq sisteminin yer və kosmos eşelonlarından gələn bütün məlumatları bura toplayır və cavab nüvə zərbəsi ilə bağlı qərar da məhz burada icra olunur”,- VCK-OGPU teleqram kanalı yazır.

Ukrayna mediası isə bildirir ki, Moskva vilayətinin Podolsk şəhərinin bir hissəsi bir neçə gündür soyuqda istiliksiz yaşayır: yerli hakimiyyət orqanları fövqəladə vəziyyət elan edib. Mikrorayon sakinləri Klimovski Patron Zavodunun qazanxanası tərəfindən istiliklə təmin olunub və orada, guya istilik şəbəkəsində “gərginlik artımı” səbəbindən bir neçə yerdə suyun sızması baş verib. Demək olar ki, 150 min insan istiliksiz qalıb. Oxşar vəziyyət Kursk vilayətinin Jeleznoqorsk şəhərində də baş verib. Lakin şəhər Ukrayna ilə sərhədə nisbətən yaxın yerləşdiyi üçün hakimiyyət oradakı istiliyin dayandırılmasını Ukrayna Silahlı Qüvvələrinin maxinasiyası ilə əlaqələndirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər