NATO təyyarələri Latviyaya yerləşdiriləcək
Tarix: 09-01-2024 15:01 | Bölmə: Dünya
NATO təyyarələri Latviyaya yerləşdiriləcək

Yanvarın 9-dan Latviya tədricən NATO-nun Baltikyanı ölkələrdə hava polisi missiyasını öz üzərinə götürür.

Reyting.az
xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Latviya missiyanı Estoniya Hərbi Hava Qüvvələrinin Emaridəki bazasında təmir işləri davam edərkən yerinə yetirəcək.

Alman qoşunları və hərbi təyyarələri sınaq uçuşlarına başlamaq üçün tezliklə Latviyaya gələcək.

Martın 1-dən etibarən Latviya Milli Silahlı Qüvvələrinin Lielvardedəki aviabazası 9 ay müddətində rotasiya qaydasında missiyanı yerinə yetirəcək.

Xatırladaq ki, 2004-cü ildən Litvadakı Şaulyai aviabazasından patrul xidməti göstərilir, 2014-cü ildən isə missiya Estoniyadakı Emari aviabazasından da həyata keçirilir.

Qeyd edək ki, bu missiya Latviyada ilk dəfə olacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}