20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bursada 250-dən çox tarixi əsər ələ keçirilib, saxlanılanlar var
Tarix: 09-01-2024 17:55 | Bölmə: Dünya
Bursada 250-dən çox tarixi əsər ələ keçirilib, saxlanılanlar var

Türkiyənin Bursa şəhərində 2 nəfər tarixi əsər qaçaqmalçısı tutulub.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, polis əməliyyatı ilə Bursanın İznik rayonunda 250-dən çox tarixi əsər ələ keçirilib.

Məlumata görə, əməliyyatla həmin qiymətli tarixi əsərləri ölkədən çıxarmağa çalışan iki nəfər saxlanılıb. Hazırda İbrahim Y. və Veysel G.-nin ətrafında əməliyyat istintaq tədbirləri aparılır.

Xəbərdə deyilir ki, İbrahim Y-nin evində aparılan axtarışlar zamanı Roma, Bizans və Osmanlı sivilizasiyalarına aid hesab edilən 153 ədəd sikkə və müxtəlif ölçülü 36 ədəd əşya, 30 ədəd sütun başlığı, 34 ədəd terakota qab parçası, nizə və ox ucluqları, məzar daşı parçaları, üzərində insan fiqurları olan daşlar, qabartmalar, xəncər, şamdan, metal silah çərçivəsi və əl detektoru ələ keçirilib: "Şübhəli Veysəl G-nin evindən əl detektoru və boş tapança aşkar edilib".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər