Fransa kəşfiyyatına qadın rəhbərlik edəcək
Tarix: 09-01-2024 19:25 | Bölmə: Dünya
Fransa kəşfiyyatına qadın rəhbərlik edəcək

Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib və bu postu tutan ilk qadın kimi tarixə düşüb.

Bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen X sosial şəbəkəsində məlumat verib.

“Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”, - o yazıb.

Əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib(Report).




Bölməyə aid digər xəbərlər
16-04-2025, 08:47 Bayden Trampı tənqid edib