20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ-ın hərbi bazasına hücum cəhdi olub
Tarix: 10-01-2024 09:40 | Bölmə: Dünya
ABŞ-ın hərbi bazasına hücum cəhdi olub

Gecə saatlarında ABŞ qüvvələrinin yerləşdiyi Suriyanın Deyr əz-Zor əyalətindəki Koniko Qaz Təsisatı bazasına mənşəyi məlum olmayan kamikadze PUA-larla hücuma cəhd edilib.

Reyting.az
xəbər verir ki, ABŞ qüvvələrinin hava hücumundan müdafiə sistemləri PUA-ları hədəflərinə çatmamış məhv etməyi bacarıb.

ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze İHA-larla hədəfə alınır.

Xatırladaq ki, 2023-cü ilin sonlarında Hasəkə əyalətində ABŞ qüvvələrinin yerləşdirildiyi Harab Cir bazasına qarşı mənşəyi naməlum kamikadze PUA-dan istifadə edərək Deyr əz-Zordakı Koniko qaz yatağındakı bazaya raketlə hücuma cəhd edilib.

Onu da qeyd edək ki, Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi PKK/YPG terror təşkilatının işğalı altındadır, şəhər mərkəzi və digər kənd yerləri isə Suriya və İranın dəstəklədiyi qrupların nəzarətindədir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər