20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ekvador prezidenti: “Biz quldurlara boyun əyməyəcəyik”
Tarix: 11-01-2024 09:55 | Bölmə: Dünya
Ekvador prezidenti: “Biz quldurlara boyun əyməyəcəyik”

Ordu bölmələri Ekvadorun bir çox bölgəsində baş verən zorakılıq hadisələrini nəzarət altına almaq üçün müdaxilə edib.

Reyting.az
xəbər verir ki, bunu Ekvador prezidenti Daniel Noboa deyib.

Ekvador prezidenti bildirib ki, quldur dəstələri ilə müharibə vəziyyətindədirlər:

“Biz bu terrorçulara təslim ola bilmərik. Onlarla heç bir danışıqr aparılmayacaq. Bu qrupların indi qanuni hədəflərdir”.

Ekvadorun zorakılıq mərhələsindən keçdiyini vurğulayan Noboa əlavə edib ki, bu, müharibədir və güvənsizliyi aradan qaldırmaq üçün lazım olan işlər görülür: “Axmaqlara boyun əyməyəcəyik. Biz digər hökumətlərdən daha sərt olacağıq”.

Qeyd edək ki, cinayətkar qruplar Quayaquil şəhərindəki “TC Television” studiyasına canlı yayımına daxil olaraq jurnalistləri əsir götürüblər. Həmçinin silahlı şəxslər Guayaquildə universitetə hücum edərək bəzi tələbələri zorla saxlayıblar.

Xatırladaq ki, qanunsuz hərəkətlərin başında “Fito” ləqəbli narkobaronun durduğu ehtimal edilir. Ekvador hökuməti “Fito” ləqəbli dəstə lideri Adolfo Macias Salazarın həbsxanadan qaçmasından sonra fövqəladə vəziyyət elan edib. Bundan sonra polis maşınlarına və digər obyektlərə hücumlar edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər