20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Zelenski: “Döyüş meydanında fasilə olmayacaq”
Tarix: 11-01-2024 17:13 | Bölmə: Dünya
Zelenski: “Döyüş meydanında fasilə olmayacaq”

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, döyüş meydanında fasilə olmayacaq. Çünki bu, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəni davam etdirməsinə fayda verə bilər.

Reyting.az
xəbər verir ki, Zelenski bunu Tallində Estoniya prezidenti Alar Karis ilə birgə mətbuat konfransında bildirib.

“Ukrayna ərazisində döyüş meydanında fasilə müharibədə fasilə deyil. Bu, müharibənin sonu demək deyil. Bu, Rusiya və ya başqası ilə siyasi dialoqa gətirib çıxarmır. Fasilə yalnız Rusiya Federasiyasına kömək edəcək”, - deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti əlavə edib ki, Rusiyanın gündə nə qədər dron və artilleriya istehsal etdiyini bilirik: “Onların pilotsuz təyyarələrdə və artilleriyada da böyük çatışmazlıqlarını görürük”.

Zelenski qeyd edib ki, Rusiya İrandan “Şahed” tipli pilotsuz təyyarələrin böyük alışını həyata keçirir: “Onlar raketlərlə bağlı da razılaşırlar. Hələlik razılığa gəlməyiblər. Ruslar artıq Şimali Koreyadan bir milyondan çox artilleriya mərmisi alıblar. Rusların öz silah növlərini istehsal etməyə vaxtı yoxdur və onların anbarları Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra boşalıb. İndi bu pauza sadəcə, dondurulmuş münaqişə deyil, onlara kömək edəcək pauzadır”.

Zelenski etiraf edib ki, dünyanın da Ukraynanın anbarlarını doldurmağa vaxtı yoxdur: “Buna baxmayaraq, dünya bu gün Ukraynaya kömək edir, amma Rusiyanın bir kəsiri var. Və biz bu kəsirin onların döyüş meydanındakı sabitliyinə necə təsir etdiyini görürük. Pauza verin, risk edin, Rusiyaya iki-üç il vaxt verin? Biz bu riskə getməzdik. Ona görə də Rusiyanın xeyrinə heç bir fasilə olmayacaq”.

Zelenski həmçinin Ukraynanın müharibənin gedişi ilə bağlı müttəfiqlərindən, xüsusən də müharibə planının aydınlaşdırılması ilə bağlı ABŞ-ın təzyiqilə üzləşməsi məsələsinə də aydınlıq gətirib: “Bu və ya digər döyüş planları ilə bağlı sizə demək istəyirəm: nə qədər ki, hər şey Ukraynanın ofislərində həll olunur, bizim mübarizəmiz Ukraynanın xeyrinə olacaq. Hələlik isə bu, məhz belədir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər