20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Daha bir ölkə Ukraynaya yardımını artırır
Tarix: 11-01-2024 21:09 | Bölmə: Dünya
Daha bir ölkə Ukraynaya yardımını artırır

Estoniya Ukraynaya yardımını dayandırmayacaq. Tallinin tammiqyaslı müharibənin başlanğıcından 2027-ci ilə qədər Kiyevə uzunmüddətli töhfəsi 1,2 milyard avroya çatacaq.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə yanvarın 11-də Estoniya prezidenti Alar Karis Ukrayna prezidenti Vladimir Zelenski ilə Tallində keçirdiyi birgə mətbuat konfransında bildirib.

A. Karis deyib ki, Ukraynanın daha böyük və daha yaxşı silahlara ehtiyacı var. Deməli, Avropa İttifaqı silah istehsalını artırmalıdır ki, Kiyev ona lazım olan hər şeyi alsın.

"Bizim hərəkətlərimiz gələcəkdə Avropada hər hansı təcavüzkar müharibənin qarşısını almağa yönəldilməlidir", - Estoniya lideri qeyd edib.

O, əmin edib ki, müharibə davam etdikcə Estoniya Ukraynanı dəstəkləyəcək. Karisin sözlərinə görə, onun ölkəsi 2024-2027-ci illər ərzində Ukraynaya milli müdafiə büdcəsinin 0,25 faizini verəcək.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər