Livan İsraillə müharibəyə hazırlaşır
Tarix: 15-01-2024 13:49 | Bölmə: Dünya
Livan İsraillə müharibəyə hazırlaşır

Livan hakimiyyəti bir sıra nazirliklərə və xəstəxanalara İsraillə mümkün münaqişənin başlanmasına yüksək hazırlıq vəziyyətində olmağı əmr edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi vəziyyətlə tanış olan rəsmiyə istinadla məlumat yayıb.

Agentlik həmin rəsmi şəxsdən sitat da gətirib:

“Livan hökuməti bir sıra nazirliklərə və xəstəxanalara müharibə vəziyyətində yüksək hazırlıq vəziyyətində olmaları barədə göstəriş verib”.

“Bloomberg”-in qeyd etdiyi kimi, İsraildə Livan Hizbullah hərəkatına qarşı ritorika daha döyüşkən xarakter alıb. Agentlik əlavə edir ki, İsrail Hizbullahı sərhəddən çəkilməyə məcbur etdiyi üçün diplomatik həll üçün vaxt daralır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}