Tokayev İtaliya və Vatikana gedir
Tarix: 15-01-2024 18:02 | Bölmə: Dünya
Tokayev İtaliya və Vatikana gedir

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliya və Vatikanda rəsmi səfərdə olacaq.

Bu barədə Akorda (Qazaxıstan Prezident Administrasiyası) məlumat yayıb.

Qazaxıstan liderinin İtaliya prezidenti Sercio Mattarella və baş nazir Corcia Meloni ilə danışıqlar aparması planlaşdırılır.

O, həmçinin potensial investorlarla - iri İtaliya şirkətlərinin rəhbərləri ilə görüşəcək.

Kasım-Jomart Tokayev yanvarın 19-da Vatikanda Roma Papası I Fransisk ilə görüşəcək(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}