NATO Almaniyanın Rusiya ilə müharibə hazırlığını şərh edib
Tarix: 15-01-2024 18:30 | Bölmə: Dünya
NATO Almaniyanın Rusiya ilə müharibə hazırlığını şərh edib

NATO-nun Strateji Kommunikasiya üzrə Mükəmməllik Mərkəzinin direktoru Janis Sarts bildirib ki, Almaniyanın Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlığı barədə geniş yayılmış məlumat gizli kəşfiyyat təhlili deyil.

Reyting.az
xəbər verir ki, NATO rəsmisi “Bild”in materialını şərh edərək bunu hər zaman müəyyən bir ərazidə hərbi imkanların sınaqdan keçirilməsi üçün xəyali vəziyyəti təmsil edən təlim ssenarisi adlandırıb.

“Bir vaxtlar mövcud olmayan ölkələr və coğrafi bölgələrlə bağlı ssenarilər tamamilə uydurma idi”,- deyə NATO rəsmisi əlavə edib.

Onun sözlərinə görə, indi NATO təlim ssenariləri hazırlamaq üçün mövcud ölkələr və coğrafi bölgələrdən istifadə etməyə başlayıb.

Xatırladaq ki, “Bild” nəşri Almaniya ordusunun Rusiya ilə mümkün müharibəyə hazırlaşdığını yazıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}