Rusiya Nyu-Yorka raketlə hücum edib
Tarix: 16-01-2024 08:37 | Bölmə: Dünya
Rusiya Nyu-Yorka raketlə hücum edib

Yanvarın 16-na keçən gecə rus ordusu Donetsk vilayətinin Nyu-York kəndinə bomba və raketlə hücum edib.

Reyting.az
xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin öz Telegram kanalında yazıb.

V. Filaşkin qeyd edib ki, rus işğalçıları kəndə iki idarə olunan bomba atıb və raketlə üçmərtəbəli evi vurublar.

“Zərbə nəticəsində evin girişi uçub, 5 nəfər dağıntılar altında qalıb. Hazırda hadisə yerində xilasedicilər və polis işləyir. Daha 3 nəfərin yaralandığı məlum olub”,- Filaşkin bildirib.

Administrasiya rəhbəri əlavə edib ki, əslində bu, rusların mülki əhaliyə qarşı növbəti həyasız hücumudur və dəqiq nəticələr sonra məlum olacaq.

Qeyd edək ki, bundan əvvəl “Tauride” Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin spikeri, polkovnik Aleksandr Ştupun bildirmişdi ki, rus qoşunları Donetsk vilayətinin Novomixailovka məntəqəsini ələ keçirmək istəyirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}