Silahlılar ordu düşərgəsini ələ keçirib
Tarix: 16-01-2024 09:24 | Bölmə: Dünya
Silahlılar ordu düşərgəsini ələ keçirib

Silahlılar Nigeriyada ordu düşərgəsini ələ keçirib. Orada yerləşən ordu və polis bölmələri qaçıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “Röyter” yerli sakinlərə istinadla məlumat yayıb.

Düşərgəyə daxil olan silahlılar dükanları və evləri qarət etməyə başlayıb, həmçinin düşərgədə yerləşən hərbi texnikanı yandırıblar.

Atışma və ya mümkün itkilər barədə məlumat verilmir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}